RU

Nazirlikdə Monteneqronun nümayəndə heyəti ilə görüş

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Monteneqronun sosial rifah, ailə qayğısı və demoqrafiya nazirinin müavini Mersida Alyiceviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə,Görüş nümayəndə heyətinin “Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında pensiya təminatı sahəsində Saziş” layihəsi ilə bağlı müzakirələrin aparılması məqsədilə ölkəmizə səfəri çərçivəsində baş tutub.

Nazir müavini Rəşad Mustafayev Azərbaycan və Monteneqro arasındakı əlaqələrin dostluq və əməkdaşlıq ruhunda inkişaf etdiyini, ikitərəfli əlaqələrin sosial sahəni də əhatə etdiyini bildirib. 

Son illər ölkəmizdə pensiya sahəsində aparılan islahatlar barədə məlumat verilib, pensiya təyinatının elektronlaşdırılması diqqətə çatdırılıb. Pensiya təminatı sahəsində Monteneqronun təcrübəsi öyrənilib, əməkdaşlığın gələcəkdə də uğurla davam etdirilməsi imkanları müzakirə olunub.

Mustafa Kamal
XQ

Избранный
5
5
xalqqazeti.az

6Источники