İyun-avqust ayları ərzində Rusiyanın regionlarında 253 uşağın itkin düşməsi faktı qeydə alınıb.
Publik.az xəbər verir ki, bu barədə “Gazeta.Ru” yazıb.
Onlardan 227 uşaq sağ-salamat tapılıb, 11-i isə hələ də axtarışdadır. İtkin düşənlərin qalanları isə həyat əlaməti olmadan tapılıb.
Ən çox iyun ayında uşaq itkin düşüb – 87. İtkin düşən uşaqların ən çoxu Primorsk diyarındadır – 60 hadisə.