Lənkəran Dövlət Universiteti (LDU) növbəti tenderini keçirib.
Məlumatda bildirilir ki, Lənkəran Dövlət Universiteti Lənkəran şəhəri H.Abdullayev 19 ünvanında yerləşən yataqxana binasının cari təmir işlərini həyata keçirəcək. Bu işlərin görülməsi üçün isə “MM İNŞAAT GROUP” MMC ilə anlaşıb. Tərəflər arasında 55 min 773 manatlıq müqavilə bağlanılıb.
Qeyd edək ki, LDU bir ildir yataqxanasının təmirini yekunlaşdıra bilmir.