RU

Etirazçılar parlamentin buraxılmasını tələb etdi

Nepalda etirazlara və iğtişaşlara səbəb olan "Z nəsli" hərəkatı ölkədə böyük siyasi islahatların aparılmasını tələb edən ictimai bəyannamə qəbul edib.

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Bəyannamədə vurğulanır ki, mübarizə hansısa partiya və ya ayrı-ayrı şəxs üçün deyil, ölkənin gələcəyi üçün aparılır. Hərəkat zamanı həlak olanlar şəhid elan ediləcək, ailələrinə hörmət və ehtiram göstəriləcək.

Etirazçılar əsasən Nümayəndələr Palatasının dərhal buraxılmasını, habelə Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsini və ya ona vətəndaşların və gənclərin iştirakı ilə yenidən baxılmasını, aralıq müddətdən sonra yeni ədalətli seçkilərin keçirilməsini, icra hakimiyyətinin birbaşa seçkilərinin keçirilməsini tələb edirlər.

Etirazçılar həmçinin son 30 ildə qeyri-qanuni yolla əldə edilmiş əmlakın dərhal araşdırılmasını və milliləşdirilməsini və beş əsas sektorun: təhsil, səhiyyə, ədliyyə, təhlükəsizlik və rabitənin yenidən qurulmasını tələb edirlər. 

Bu arada, Nepal ordusu vəziyyətin inkişafından asılı olaraq əlavə yeniləmələrlə 25 noyabra qədər qüvvədə qalacaq ümummilli komendant saatı elan edib.

Ağarza Elçinoğlu

Избранный
8
1
unikal.az

2Источники