RU

Hindistanlı ekspert: AQEM çağırışlara qarşı birgə həll platforması ola bilər

AQEM region ölkələrinin üzləşdikləri çağırışlara qarşı birgə həllər tapmaq üçün yaxşı platforma ola bilər.

APA xəbər verir ki, bunu Hindistanın Dünya İşləri Şurasının Baş direktor əvəzi Nutan Kapur Mahavar Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Beyin Mərkəzləri Forumunun 13-cü toplantısınının “Beynəlxalq təşkilat kimi AQEM —transformasiya və institusional potensialın artırılması” sessiyasında çıxışı zamanı deyib.

Hazırda regionun cinayətkarlıq, insan alveri, yoxsulluq, terrorizm, ekologiya ilə bağlı çoxsaylı çağırışlarla üzləşdiyini qeyd edən Nuran Kapur AQEM-in bu çağırışlara qarşı birgə həllər tapmaq üçün yaxşı bir platforma ola biləcəyini vurğulayıb.

Избранный
18
1
apa.az

2Источники