RU

Azərbaycan alimi Qazaxıstanın dil siyasəti ilə bağlı tədqiqat aparıb

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 10 sentyabr, AZƏRTAC

Qarabağ Universitetinin Elm şöbəsinin müdiri filologiya elmləri doktoru, dosent Elçin İbrahimov beynəlxalq elmi arenada daha bir uğura imza atıb.

AZƏRTAC xəbər verir ki, onun “Postsovet Qazaxıstanda ingilis dilinin tədrisi” adlı məqaləsi dünyanın “De Gruyter Brill” nəşriyyatında, “Scopus” və “Web of Science” bazalarında indekslənmiş Q1 kvartilində yer alan jurnalda (“International Journal of the Sociology of Language”) dərc olunub.

Məqalədə postsovet dövründə Qazaxıstanda həyata keçirilən dil siyasəti və dil planlaşdırması modelləri ətraflı şəkildə təhlil olunur. Tədqiqat müəllifi ölkədə tətbiq olunan dil siyasətinin tarixi və sosial kontekstini incələyərək, bu siyasətin həm milli dilin qorunması, həm də ingilis dili tədrisinin təşkili baxımından yaratdığı imkan və məhdudiyyətləri qeyd edir.

Eyni zamanda, məqalədə məktəblərdə və ali təhsil müəssisələrində milli və ingilis dillərinin tədrisi zamanı qarşıya çıxan metodoloji çətinliklər, müəllim və tələbə perspektivlərindən ortaya çıxan sosial və pedaqoji problemlər sistemli şəkildə təhlil edilir. Tədqiqat dil siyasətinin yalnız rəsmi qərarlar və proqramlardan ibarət olmadığını, eyni zamanda, toplumun sosial-mədəni strukturu və təhsil prosesinə inteqrasiyası ilə bağlı kompleks bir təsir yaratdığını vurğulayır.

Bu araşdırma postsovet məkanında dil siyasəti və dil planlaşdırması ilə bağlı elmi düşüncənin inkişafına və mövcud təcrübələrin sistemləşdirilməsinə töhfə verir. Məqalə, həmçinin gələcək tədqiqatçılar üçün dil siyasətinin tətbiqi və tədris strategiyalarının inkişafı sahəsində yol göstərən elmi resurs kimi dəyərləndirilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
30
azertag.az

1Источники