RU

Ardıcıl silahlı hücumlar: 4 nəfər yaralanıb

ABŞ-nin Kaliforniya ştatına bağlı San Fransisko şəhərində baş verən silahlı hücum nəticəsində 4 nəfər yaralanıb. 

"Cebheinfo.az" xəbər verir ki, bu barədə San Fransisko Polis Departamentinin (SFPD) verdiyi açıqlamada bildirilib. Belə ki, yerli vaxtla saat 17:48-də Burke küçəsinin 1500 nömrəli blokunda baş verən hücuma polis qrupları müdaxilə edib. Hadisə yerində olan bir nəfərin xəstəxanaya aparıldığı qeyd olunub. 

Digər tərəfdən, hadisədən sonra Zuckerberg San Fransisko Ümumi Xəstəxanasının qarşısında ikinci bir silahlı hücumun baş verdiyi bildirilib. Polis, qruplar hadisə yerinə çatmazdan əvvəl daha üç nəfərin xəstəxanaya yerləşdirildiyini və onların vəziyyəti barədə hələlik məlumat olmadığını açıqlayıb. Rəsmilər hücumla bağlı məlumatı olan şəxsləri polisə müraciət etməyə çağırıblar. 

Избранный
34
cebheinfo.az

1Источники