RU

Donald Tusk dronların Polşanın hava məkanına girməsini şərh edib

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 10 sentyabr, AZƏRTAC

Polşa Silahlı Qüvvələri ölkənin hava məkanına girən obyektləri məhv etmək üçün silah tətbiq edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk bildirib.

O, sentyabrın 10-da səhər saatlarında “X” sosial platformasında yazıb: “Polşanın hava məkanın dəfələrlə pozulması ilə əlaqədar əməliyyat aparılır. Hərbçilər həmin obyektlərə qarşı silah tətbiq ediblər”.

Tusk bildirib ki, ölkə Prezidenti və müdafiə naziri ilə daimi təmasdadır, həmçinin NATO Baş katibi Mark Rütteyə vəziyyətlə bağlı məlumat verib.

Polşa Silahlı Qüvvələrinin əməliyyat komandanlığı pilotsuz uçuş aparatlarının ölkənin hava məkanına girməsini “vətəndaşların təhlükəsizliyinə real təhlükə törədən aqressiya aktı” adlandırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
27
1
azertag.az

9Источники