RU

Yevlaxda təmir işləri səbəbindən elektrik enerjisində fasilə olacaq

Yevlaxda elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Doğru.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə Yevlax Elektrik Şəbəkəsində (EŞ) yerləşən 110/35/10 kV-luq “Yevlax” yarımstansiyasında təmir işləri aparılacaq.

Təmir işləri səbəbindən saat 03:00-dan 07:00-dək Duzdağ qəsəbəsi, Çobankərə, Nemətabad, Nərimanabad kəndləri və şəhərin bir sıra ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.

Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

DOĞRU.AZ

Избранный
57
1
dogru.az

2Источники