RU

Nadir və Ayan arasında QALMAQAL: “Nə azzarım var?!” VİDEO

Bakupost portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Tanınmış müğənni Ayan Babakişiyeva illərdir duet ortağı və sənət dostu olan Nadir Qafarzadənin oğlunun toyunda görünməyib.

Bakupost.az Yenisabah.az-a istinadən xəbər verir ki, məsələ İsa Şükürovun təqdimatında yayımlanan “Öz Aramızda” verilişində müzakirə olunub. Aparıcı İsa Şükürov mövzuya belə giriş edib:

“Ötən buraxılışımızda qonaq olan müğənni Ayan Babakişiyeva illərdir dostluq etdiyi, silsilə duet oxuduğu həmkarı Nadir Qafarzadənin oğlunun toyuna niyə gəlmədi? Qafarzadə həqiqətənmi duet ortağını oğlunun toyuna dəvət etməyib? Nadir Qafarzadə ilə Ayan arasında nələr yaşanır?”

Müğənni mövzu ilə bağlı qısa şəkildə bildirib:

“Dəvət olunmayan yerdə mənim nə işim, nə azzarım var? Mən dəvət olunmadığım məclisə getmirəm.”

Məsələ ilə bağlı münasibət bildirən Nadir Qafarzadə isə Babakişiyevanın dediklərini təkzib edib:

“Ayan xanıma çatdırın ki, ilk dəvət olunanlardan biri odur. 21 avqust tarixində onun “WhatsApp”ına dəvətnamə göndərmişəm. İlk dəvət olunanlar arasında Fatimə də var idi, Xatun da, Ayandır. Amma gəlməyib, çox sağ olsun. Biz də qismət olsa, gedib onu təbrik edərik. Amma demək ki, dəvət olunmamışam, bu artıq mənə bir az təsir edir.”

Müğənni həmçinin sözügedən dəvətnamənin ekran görüntüsünü də aparıcı İsa Şükürova göndərib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
36
7
www.bakupost.az

8Источники