RU

Putin "azğınlaşması" NATO nun acizliyinin nəticəsidir Siyasi şərhçi

ain.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Bu gecə Polşa hava məkanı Rusiya dronları tərəfindən dəfələrlə pozulub. Ukrayna müharibəsi başladıqdan bəri ilk dəfə olaraq bir NATO ölkəsi Rusiya hava vasitələrinə qarşı silah tətbiq edib. Rusiya dronları Polşa aviasiyası tərəfindən vurulub”.

Bakupost.az xəbər verir ki, bu fikirləri jurnalist və siyasi şərhçi Şahin Cəfərli bildirib.

Onun sözlərinə görə, baş verənlər və cinayətkar Putin rejiminin azğınlaşması ABŞ başda olmaqla (həm Bayden, həm Tramp dövründə) NATO blokunun acizliyinin birbaşa nəticəsidir:

“Avropada böyük bir müharibə getdiyi gerçəyini heç cür qəbul etməyən, öz komfort zonasından çıxmaq istəməyən, nəhəng Şər qarşısında bütün bədəlin məzlum və əzabkeş Ukrayna xalqı tərəfindən ödənməsini istəyən gedonist Qərb işğalçını daha da həvəsləndirir”, - deyə Cəfərli bildirib.

Ş.Cəfərli həmçinin əlavə edib ki, hazırda Putin NATO-nun 5-ci maddəsini test edir:

“Davamlı olaraq "mən hakimiyyətdə olsaydım, Rusiya heç vaxt Ukraynaya hücum etməzdi" deyən Tramp hazırda Rusiyanın bir NATO ölkəsinə faktiki hücumunu müşahidə edir. Əgər ABŞ liderliyindəki ittifaq bu maddənin tələblərinə və fəlsəfəsinə uyğun reaksiya ortaya qoymasa, NATO de-fakto çökmüş olacaq”.

Lalə,

BakuPost

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
9
2
www.bakupost.az

3Источники