RU

Nepalda komendant saatı tətbiq edildi

Nepal ordusu ölkədə təhlükəsizlik vəziyyətinin kəskinləşməsi fonunda sentyabrın 11-i səhər saatlarına qədər ümummilli komendant saatı elan edib.

Bakıvaxtı.az  "Khabarhub"a istinadən xəbər verir ki, bu barədə ordunun ictimaiyyətlə əlaqələr departamenti məlumat yayıb.

"Qərar ictimai təhlükəsizliyə davamlı təhdidlər fonunda qəbul edilib", - məlumatda qeyd edilib.

Məhdudiyyət müddətində yalnız təcili tibbi yardım və yanğınsöndürən maşınların, təhlükəsizlik qüvvələrinin avtomobilinin hərəkətinə icazə verilir. Sakinlərə evdə qalmaları tövsiyə olunur.

Избранный
71
1
bakivaxti.az

2Источники