RU

Ötən ay 415 şəxs daimi yaşama icazəsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət edib

Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı Mərkəzi tərəfindən 2025-ci ilin avqust ayı ərzində 6 min 363 zəng cavablandırılıb. Bu barədə SİA-ya xidmətin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qəbul edilən zənglərin 1856-sı müvəqqəti yaşama icazəsi, 111-i müvəqqəti olma müddətinin uzadılması, 523-ü vətəndaşlıq məsələləri, 838-i olduğu yer üzrə qeydiyyat, 415-i daimi yaşama icazəsi, 661-i iş icazəsi, 320-si inzibati xəta, 1639-u isə digər məsələlərlə bağlı olub.

Qeyd edək ki, 919 Çağrı mərkəzi Azərbaycan, rus və ingilis dillərində həftənin 7 günü 24 saat fasiləsiz fəaliyyət göstərir.

Избранный
1
2
sia.az

3Источники