RU

Azərbaycanın və Gürcüstanın baş prokurorları bu məsələdə razılığa gəldilər

Moderator.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidze və Azərbaycanın Baş prokuroru Kamran Əliyev arasında Sinqapurda Beynəlxalq Prokurorlar Assosiasiyasının 30-cu illik konfransı çərçivəsində görüş keçirilib.

Moderator.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğundan bildirilib.

Görüşdə iki ölkənin səlahiyyətli qurumları arasında cinayət ədliyyəsi sahəsində səmərəli tərəfdaşlıq vurğulanıb və əməkdaşlığın konkret istiqamətləri müzakirə olunub.

Tərəflər gələcək əməkdaşlığı gücləndirmək üçün ikitərəfli işgüzar görüşlərin təşkili və cinayət ədliyyəsi sahəsində ikitərəfli sazişin bağlanması barədə razılığa da gəliblər.

Baş prokurorlar gələcəkdə də səmərəli əməkdaşlığı davam etdirməyə hazır olduqlarını ifadə ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
26
2
moderator.az

3Источники