AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva UEFA-dan təyinat alıb.

Offsideplus.az xəbər verir ki, o, qadınlar arasında UEFA Avropa Kubokunun I təsnifat mərhələsi çərçivəsində sentyabrın 11-də keçiriləcək "Ayaks" (Niderland) – "Şturm" (Avstriya)  oyununun UEFA nümayəndəsi olacaq.

Bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Qarşılaşma Niderlandın Duivendrext şəhərində yerləşən "De Toekomst" stadionunda baş tutacaq.