BAKI, 10 sentyabr. TELEQRAF
Rusiya və Ukrayna hökumətləri arasında mədəniyyət, elm və təhsil sahəsində bağlanmış sazişin qüvvəsi dayandırılıb.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, saziş 26 iyul 1995-ci ildə Moskvada imzalanmışdı və 28 avqust 2025-ci ildən qüvvəsini itirib.