RU

Torpaq sürüşməsi və daşqın Balidə həyatı iflic etdi VİDEO

ain.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İndoneziyanın məşhur turizm mərkəzi Balidə güclü leysan yağışları nəticəsində ciddi daşqınlar baş verib.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, ən çox zərər çəkən ərazi Qərbi Denpasar olub. Burada müəssisələr fəaliyyətini dayandırıb, infrastruktura ağır ziyan dəyib. Bancar Dədəkən bölgəsində güclü axın avtomobilləri və motosikletləri aparıb, park ərazisinə zərər vurub.

Daşqınlar təkcə Denpasarla məhdudlaşmayıb. Karanqasemdə torpaq sürüşmələri bir neçə yaşayış məntəqəsinə girişi bağlayıb, evakuasiya və yardım işlərini çətinləşdirib.

Balinin digər bölgələrində vəziyyət daha ağırdır - burada suyun hündürlüyü 2-3 metrə çatıb.

Daşqınların yaratdığı böyük dağıntılara baxmayaraq, hələlik insan tələfatı barədə məlumat verilməyib.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
32
2
news.milli.az

3Источники