RU

Tramp inkar etdi: Epsteynə göndərilən məktub mənim deyil

"Epşteynə məktub yazdığım iddiaları cəfəngiyyatdır".

Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp yetkinlik yaşına çatmayan qızlar üçün fahişəlik şəbəkəsi idarə etdiyi iddiası ilə mühakimə olunarkən həbsxanada ölü tapılan milyarder Cefri Epsteynə “seksual xarakterli” ad günü məktubu göndərdiyi ilə bağlı iddiaları qəti şəkildə rədd edib.

NBC News-un yaydığı məlumata görə, Tramp jurnalistlərə verdiyi açıqlamada həmin məktubun ona aid olmadığını bildirib və məsələni "cəfəngiyyat" adlandırıb:

“Bu, mənim imzam deyil və bu, mənim danışıq tərzim deyil. Uzun müddətdir məni izləyən hər kəs yaxşı bilir ki, bu ifadələr mənim üslubuma uyğun deyil.”

Epsteynə məktub göndərdiyinə dair yayılan iddiaları “ölü bir məsələ” kimi dəyərləndirən Tramp əlavə edib:

“Bu, cəfəngiyyatdır və açığını desəm, bu mövzuya vaxt sərf etməyə dəyməz. Mən artıq bütün şərhləri işçilərimə çatdırmışam. Bu, mənim üçün bitmiş məsələdir.”

Aytən Yaşar/ Turkustan.az

Избранный
12
1
turkustan.az

2Источники