
ABŞ prezidenti Donald Tramp Rusiya pilotsuz təyyarələrinin Polşanın hava məkanına hücumu ilə bağlı xəbərləri şərh etməkdən imtina edib.
Reyting.az-ın xəbərinə görə, Amerika lideri Vaşinqtonda jurnalistlərin Rusiya pilotsuz təyyarələrinin Polşanın hava məkanını pozmasından xəbəri olub-olmadığı ilə bağlı suala cavab verməyib.
Lakin Tramp mətbuatı jestlə qarşılayıb və Rusiya ilə bağlı sualların ardınca mühafizəçilərin müşayiəti ilə avtomobilinə tərəf gedib.
ELÇİN