
Braziliyanın “Flamenqo” futbol klubu öz rəsmi saytında BMT-dən komandanın azarkeşlərini dünyanın ilk simvolik-mədəni milləti kimi tanımasını xahiş edən petisiyaya başlayıb.
Yeniavaz.com xəbər verir ki, klub sosial media hesablarında da petisiya dərc edib və bu petisiyaya artıq 30 minə yaxın insan imza atıb.
“Əgər biz bir ölkə olsaydıq, əhalinin sayına görə dünyada 36-cı yeri tutardıq. Bizim 45 milyonumuz var, bir bayraq altında birləşmişik, qəhrəmanlarımız, adətlərimiz, ənənələrimiz nəsildən-nəslə ötürülür. ”Flamenqo” klub deyil, xalqdır. Və o, millət kimi tanınmağa layiqdir", - komandanın rəsmi saytında deyilir.