RU

Zəngəzur dəhlizinin tikinti işləri nə vaxt yekunlaşır? - VİDEO

Zəngəzur dəhlizinin Azərbaycan ərazisindəki tikinti işlərinin gələn il tamamlanması nəzərdə tutulur.

Day.Az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev Çin - Avropa Dəmiryol Ekspres marşrutu üzrə sayca 237-ci blok-qatarın Abşeron Logistika Mərkəzindəki qarşılanma mərasimində deyib. Nazirlik rəsmisi bildirib ki, dəhliz Azərbaycanın nəqliyyat sisteminin mühüm halqasına çevrilərək, həm şərq-qərb, həm də şimal-cənub istiqamətlərində tranzit daşımalarının artırılmasına imkan verəcək.

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutundan da danışan Fariz Əliyev qeyd edib ki, Çinin Cijang əyalətindəngöndərilən Yivu-Bakı qatarı ilə gətirilmiş konteyner yüklər Azərbaycan üzərindən Türkiyə və Avropa bazarlarına göndəriləcək. Orta dəhlizin əhəmiyyətinə toxunan şöbə müdiri bu dəhliz vasitəsilə göndərilən yüklərin həcminin 5 dəfəyə qədər artdığını deyib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

Избранный
18
1
day.az

2Источники