1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Norveç yığmasının hücumçusu Erlinq Holand 2026-cı il dünya çempionatının Avropa üzrə təsnifat qrup mərhələsinin 6-cı turunda Moldova millisi ilə görüşdə (11:1) penta-trikə imza atıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Stata Football" nəşri məlumat verib.
Beləliklə, Holand öz hesabına tarixi nailiyyət yazıb - o, 21-ci əsrdə böyüklərdən ibarət milli komandanın heyətində bir oyunda ən azı dörd qol vuran ilk norveçli olub.
Hazırda Erlinqin hesabında milli komandada 45 matçda 48 qolu var.
Bu oyundan sonra Norveç 15 xalla I təsnifat qrupunun turnir cədvəlinə başçılıq edir. Növbəti təsnifat oyununda Norveç oktyabrın 11-də öz meydanında İsraili qəbul edəcək.