RU

Azərbaycanda yeni su anbarlarının tikintisi nəzərdə tutulur

 Azərbaycanda 2025-2027-ci illərdə 4, 2027-2030-cu illərdə 9, 2030-2040-cı illərdə isə 13 su anbarının tikintisinin tamamlanması planlaşdırılır.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu barədə 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı - "Baku Water Week" (Bakı Su Həftəsi) çərçivəsində məlumat əldə edib.

Hazırda ölkədə 149 su anbarı mövcuddur, onların ümumi su tutumu 23 milyard 577 milyon kubmetr təşkil edir.

Məlumata görə, respublika üzrə magistral kollektorların ümumi uzunluğu 32 min 023,7 kilometrdir. Ölkədə həmçinin 47 magistral kanal fəaliyyət göstərir. Onların ümumi uzunluğu 2 min 256 kilometr, ümumi su buraxma qabiliyyəti isə    1 min 321 kubmetr/saniyə təşkil edir.

Избранный
16
3
missiya.az

4Источники