RU

Məşhur müğənni kömək istədi 4 ildir ölümlə təhdid edilir FOTO

ain.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Məşhur müğənni Ece Seçkin sosial media hesabında izləyicilərinə müraciət edərək, illərdir təzyiqlərə məruz qaldığını açıqlayıb.

Milli.Az xəbər verir ki, o, dəfələrlə "Səni öldürəcəyəm" kimi ölüm hədələri aldığını və həyatının təhlükə altında olduğunu bildirib.

Seçkin paylaşımında bildirib ki, artıq dörd ildir həm özü, həm də yaxın ətrafı davamlı olaraq izlənilir, təhdidlərə məruz qalır:

"Məni və ailəmi israrla izləyən, sözlü təqib və təhdidlər edən bu şəxs dəfələrlə mənim həyatımı kabusa çevirib. Qadağan olunmasına baxmayaraq, kilometrlərlə yol qət edib, müxtəlif nömrələrdən zəng edərək həyatımıza müdaxilə edib. İndi açıq şəkildə bizi öldürəcəyini deyir".

Müğənni qeyd edib ki, həmin şəxs hal-hazırda polis bölməsindədir, lakin qanunvericiliyə görə yaxın zamanda sərbəst buraxıla bilər:

"Polis öz işini görür, amma qanunun acizliyi bizi böyük təhlükə ilə üz-üzə qoyur. Artıq vəziyyət dözülməz olub".

Ece Seçkin ictimaiyyətə səslənərək kömək istəyib və həyatına təhlükə yaradan şəxslə bağlı təcili tədbir görülməsini tələb edib.

Fidan

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
9
1
news.milli.az

2Источники