RU

Azərbaycan və Qazaxıstan Daxili İşlər Nazirlikləri əməkdaşlığı gücləndirir

Qazaxıstan Milli Qvardiyasının Baş Komandanı, general-mayor Ansaqan Baltabekovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.

Doğru.az xəbər verir ki, Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov nümayəndə heyəti ilə görüşüb.

Görüşdə V.Eyvazov bildirib ki, Azərbaycan və Qazaxıstan Daxili İşlər nazirlikləri arasındakı əməkdaşlıq hər iki dövlət başçısının strategiyasına uyğun olaraq dərinləşməkdədir. Nazir ikitərəfli əlaqələrin, xüsusilə transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində birgə səylərin, qabaqcıl təcrübə və operativ informasiya mübadiləsinin, həmçinin normativ-hüquqi bazanın xalqların və dövlətlərin mənafelərinə, bölgədə təhlükəsizliyin təmininə xidmət etdiyini vurğulayıb.

General-mayor A.Baltabekov səmimi görüşə və yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirərək əməkdaşlığı daha da genişləndirmək niyyətində olduqlarını qeyd edib. Görüş zamanı tərəfləri maraqlandıran digər məsələlər barəsində də fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində qazaxıstanlı qonaqlar Daxili Qoşunlar və polis orqanlarının fəaliyyəti ilə də tanış olublar.

DOĞRU.AZ

Избранный
9
25
dogru.az

10Источники