RU

Parisdə küçələr qarışdı – Fransada iqtisadi siyasətə qarşı etirazlar başladı

Fransada hökumətin iqtisadi siyasətindən narazı qalan vətəndaşlar kütləvi etirazlara başlayıblar.

Musavat.com xəbər verir ki, paytaxt Parisdə yüzlərlə insan küçələri bağlayaraq şəhərin normal fəaliyyətinə mane olur.

Etirazların əsas səbəbi hökumətin qənaət tədbirləri çərçivəsində pensiyaların və sosial müavinətlərin inflyasiyaya uyğun indeksləşdirilməsindən imtina etməsidir. Aksiyalarda iştirak edən vətəndaşlar bunu ədalətsizlik kimi qiymətləndirərək hakimiyyəti sosial öhdəlikləri yerinə yetirməməkdə ittiham edirlər.

Müşahidəçilər bildirirlər ki, Fransa hökumətinin son aylarda qəbul etdiyi sərt iqtisadi qərarlar cəmiyyətdə gərginliyi artırıb və yaxın günlərdə aksiyaların miqyasının daha da böyüyəcəyi gözlənilir.



Musavat.com

Избранный
53
musavat.com

1Источники