RU

Yerin yanından nəhəng asteroid keçəcək – NASA-dan xəbərdarlıq

Sabah Yer kürəsinin yaxınlığından təyyarə böyüklüyündə asteroid keçəcək.

Milli.Az xəbər verir ki, NASA-nın məlumatına görə, 2025 QV9 adlanan kosmik cisim planetimiz üçün heç bir təhlükə yaratmır.

Təxminən 33 metr enində olan asteroid saatda 16 min km-dən çox sürətlə hərəkət edəcək və Yerə ən yaxın məsafədə – təqribən 2 milyon kilometrdən keçəcək. Bu məsafə təhlükəsiz sayılsa da, alimlər astronomiyada “nisbətən yaxın” olaraq qiymətləndirirlər.

Qaydalarına görə, diametri 85 metrdən böyük və 7,4 milyon kilometrdən yaxın keçən cisimlər “təhlükəli” hesab olunur. 2025 QV9 isə bu kriteriyalara cavab vermədiyi üçün risk daşımır.

Mütəxəssislər mümkün orbit dəyişikliklərini izləmək məqsədilə asteroidin hərəkətini müşahidə etməyə davam edəcəklər.

Избранный
31
6
ictimairey.az

7Источники