RU

Payız Azərbaycana bu tarixdə daxil olacaq

Payız fəsli Azərbaycana sentyabrın 22-si saat 22:19:16-da daxil olacaq.

Bununla bağlı Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrası məlumat yayıb.

Bildirilib ki, bu zaman gecə ilə gündüz bərabərləşəcək və Günəş düz şərqdə doğub, qərbdə batacaq. Günəş ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək, Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək. Həmin andan Şimal yarımkürəsində payız, Cənub yarımkürəsində yaz fəsli başlayacaq.  

Payız fəslinin uzunluğu 89 gün 20 saat 43 dəqiqə 45 saniyə olacaq.
Избранный
22
49
7news.az

10Источники