RU

“Əhali artan qiymətləri qarşılaya bilir” Deputat

ain.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Müşfiq Cəfərov ölkədə ətin bahalaşması fonunda keçirilən sorğuda əhalinin 50 faizinin ət yeyə bilmədiyi barədə iddiaya münasibət bildirib.

Yeniavaz.com xəbər verir ki, o bu barədə Pravda.az-a danışıb.

M. Cəfərov deyib ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, 2025-ci ilin iyul ayında dünyada ətin qiyməti 1,2%, ötən illə müqayisədə isə 6% artıb.

“Təbii ki, bu qiymət artımı ölkəmizdən də yan keçmədi. Son zamanlar ət məhsullarının qiymətində müntəzəm olaraq yüksəlmə müşahidə edilir. Əgər bir il əvvəl bazarda mal ətinin bir kiloqramının qiyməti 14 manata yaxın idisə, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə ət və ət məhsulları, demək olar ki, hər ay bahalaşıb. İlin yanvar-iyul aylarında qiymətlər 2024-cü ilin eyni dövrünə nisbətən orta hesabla 6,8% artıb, amma əhali artan qiymətləri qarşılaya bilir. Bunu yüksələn alıcılıq göstəricilərindən də görmək mümkündür. Bahalaşmanın əsas səbəbi saxlanılan heyvanların sayındakı azalmadır. Belə ki, heyvandarlıq sahəsinin zəifləməsi, iribuynuzlu mal-qaranın, həmçinin keçi və qoyunların sayının ildən-ilə azalması,  kənd təsərrüfatı sahəsində innovativ inkişafın olmaması mal qara saxlayanların sayını gündən-günə azaldır. 2021-ci ilin yanvarında ölkədə 2 milyon 651 min baş iribuynuzlu heyvan var idisə, 2025-ci ilin iyulunda bu göstərici 7,4% azalaraq 2 milyon 454 minə düşüb. Eyni dövrdə xırdabuynuzlu heyvanların sayı 8 milyon 90 mindən 15 faiz azalaraq 6 milyon 887 min başa enib. Həmçinin başqa ölkəyə ət idxalının azalması və dəyərinin yüksəlməsi də qiymətlərə təsirsiz ötüşmür”, - deputat bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
23
3
yeniavaz.com

6Источники