BAKI, 10 sentyabr. TELEQRAF
"ABŞ-nin ştat konqresmenləri ilə də xüsusi əlaqələr yaradılmalıdır".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu günki iclasında deputat Asim Mollazadə deyib.
O qeyd edib ki, ABŞ təkcə Vaşinqtondan ibarət deyil:
“Amerikanın bütün ştatları və onların konqresmenləri ilə sıx əməkdaşlıq etmək lazımdır. Çünki bəzən Amerikanının ayrı-ayrı ştatlarından fərqli fikirlər ortaya çıxır. Biz bu məsələlərə də daha çox maraq göstərməliyik”.