RU

Azərbaycanda qida məhsulları 6,8 faiz bahalaşıb 

2025-ci ilin avqust ayında Azərbaycanda 12 aylıq inflyasiya 4,9 faiz təşkil edib.

Musavat.com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu zaman qida məhsullarının qiymətində 6,8 faiz, qeyri-qida məhsullarının qiyməti 2,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri isə 4,9 faiz artıb.

2025-ci ilin avqust ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,4 faiz, yanvar-avqust aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,6 faiz təşkil edib.

2025-ci ilin avqust ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,3 faiz, yanvar-avqust aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,6 faiz artıb. Cari ilin avqust ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma mal və qoyun ətinin, südün, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, bananın, albalının, əriyin, qarpızın, ağ kələmin, göyərtinin, xiyarın, göy lobyanın, yerkökünün, sarımsağın, şokolad məmulatlarının, ucuzlaşma isə limonun, almanın, armudun, yemişin, üzümün, gül kələminin, brokkolinin, pomidorun, şirin bibərin, badımcanın, süfrə çuğundurunun, soğanın, kartofun qiymətlərində müşahidə olunub.

2025-ci ilin avqust ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,1 faiz, yanvar-avqust aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,6 faiz artıb. Avqust ayında əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından bahalaşma şəxsi gigiyena və zərgərlik məmulatlarının, ucuzlaşma isə yay geyimlərinin qiymətlərində müşahidə olunub.

2025-ci ilin avqust ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,6 faiz, yanvar-avqust aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,9 faiz yüksəlib. Avqust ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən geyimlərin kimyəvi təmizlənməsinin, beynəlxalq telefon danışıqlarının, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin, restoran və kafelər tərəfindən göstərilən iaşə xidmətlərinin qiymətlərində müşahidə olunub.

Musavat.com

Избранный
29
19
musavat.com

10Источники