RU

Müğənni ağlayaraq kömək istədi: "Məni və ərimi ölümlə hədələyir"

Müğənni Ece Seçkin 4 ildir təqib və ölüm təhdidlərinə məruz qalan şizofreniya xəstəsinin əri Çağrı Terlemezi “səni öldürəcəm” deyərək hədələdiyini  açıqlayıb.

Musavat.com xəbər verir ki, Ece Seçkin sosial mediada verdiyi açıqlamada həyat yoldaşı Çağrı Terlemez adlı pilotun simulyator məşqindən sonra şizofreniya xəstəsi fanatı tərəfindən saatlarla təqib edildiyini və təhdid edildiyini bildirib.

Seçkin 4 ilə yaxındır ki, onu və ərini israrla izləyən, təhdid edən, həbs qətimkan tədbirinə baxmayaraq, onlardan əl çəkməyən  fanatı ilə bağlı açıqlama verib:

Sosial şəbəkədə kömək istəyən məşhur müğənni başına gələn qorxulu hadisəni bu sözlərlə izah edib:

"Dörd ilə yaxındır ki, bir şizofreniya xəstəsi məni və yaxın ətrafımı israrla təqib edir, şifahi təhqir və təhdidlər edir və özünü ərimlə səhv salır. Bu axşam həyat yoldaşım Çağrı Terlemez simulator proqramından sonra yaxınlıqdakı kafedə saatlarla gözləyib, ona "Səni amansızlıqla öldürəcəm" mesajlarını göndərib.

İstanbuldan kənarda yaşayan bu şəxs dəfələrlə qadağanedici göstərişlərimə baxmayaraq, kilometrlərlə yol qət edərək, gecə-gündüz müxtəlif nömrələrdən bizə zəng edərək həyatımızı kabusa çevirib. Bu məqamda o, birbaşa bizim yanımıza gəlib bizi öldürmək niyyətində olduğunu açıq şəkildə bildirdi. Üstəlik, o, tək bizi deyil, öz ailəsini də öldürəcəyini dəfələrlə bəyan edib.

Həmin şəxs hazırda polis bölməsindədir, lakin qanuna əsasən, tezliklə azadlığa buraxılacaq. Polis öz üzərinə düşən vəzifəni yerinə yetirdi, lakin qanunun bu məqamda acizliyi bizi böyük təhlükə qarşısında qoyur.

Bu adam azadlığa çıxmazdan əvvəl həm ona, həm də öz ailəsinə qarşı tədbir görməliyik. "Həm ictimaiyyətin, həm də cəmiyyətin təhlükəsizliyi üçün onun dərhal nəzarətə götürülməsi və müalicə olunması lazımdır. Xahiş edirəm, bu şəxsin azadlığa buraxılmasına imkan verməyin".

Könül
Musavat.com

Избранный
19
musavat.com

1Источники