RU

Masallıda “VAZ”la toqquşan “Hyundai” əkin sahəsinə düşdü VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

Masallı rayonu, Həsənli kəndində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza sentybarın 9-da səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 44-BT-915 dövlət nömrə nişanlı “VAZ-2107” markalı maşın, “Hyundai” markalı avtomobillə toqquşub. Qəzanın səbəbi sürücülərin qarşısına qəfil çıxan heyvan olub. Nəticədə idarəetmədən çıxan “Hyundai” öncə maşına çırpılıb, ardınca əkin sahəsinə düşüb. Qəza zamanı hər iki minik vasitəsinə maddi ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Qeyd edək ki, faktla bağlı araşdırma davam edir. 

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
27
avtosfer.az

1Источники