RU

Şəki-Zaqatala regionunda 96 ictimai iaşə müəssisəsində tələblərin pozulduğu aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şəki-Zaqatala regional bölməsinin əməkdaşları tərəfindən cari ilin 8 ayı ərzində keçirilən yoxlamalar zamanı 96 ictimai iaşə müəssisəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.

Bu barədə "İki sahil"ə AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, bunlardan insan həyatı və sağlamlığı üçün təhlükə yaradan 16 müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Həmin müəssisələrdən 2-si tam sağlamlaşdırılaraq, yəni qida obyektinin qida təhlükəsizliyi tələblərinə uyğunluğu tam təmin edilərək fəaliyyəti bərpa olunub, 14-də isə müvafiq tədbirlər görülməkdədir.

Избранный
34
3
ikisahil.az

4Источники