RU

Donald Tramp: Hindistanla danışıqlar davam edir

ain.az, Turkstan.az portalına istinadən məlumat yayır.

ABŞ prezidenti Donald Tramp Hindistanla ticarət danışıqlarının davam etdiyini açıqlayıb.Turkustan.az xəbər verir ki, Tramp ABŞ-da yerləşən Truth sosial media platformasındakı hesabından mövzu ilə bağlı paylaşım edib.“Mən məmnuniyyətlə bildirmək istəyirəm ki, Hindistan və Birləşmiş Ştatlar ölkələrimiz arasında ticarət maneələrini aradan qaldırmaq üçün danışıqları davam etdirirlər”, - ABŞ prezidenti Tramp bildirib.Önümüzdəki həftələrdə Hindistanın baş naziri Narendra Modi ilə görüşməyi gözlədiyini ifadə edən Tramp: “Əminəm ki, hər iki böyük ölkəmiz üçün uğurlu nəticə əldə etməkdə heç bir çətinlik olmayacaq”-deyə, bildirib.ABŞ Prezidenti Trampın Hindistanın “Rusiya neftini alması” səbəbilə avqust ayında Hindistana mövcud 25 faizlik ikitərəfli tarif dərəcəsinə əlavə olaraq 25 faizlik gömrük rüsumunun tətbiqi qərarından sonra iki ölkə arasında tarif gərginliyi artıb.

Aytən Yaşar/ Turkustan.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
1
1
icma.az

2Источники