RU

Ukrayna kəşfiyyatı Rusiyanın 2025-ci il üçün hərbi texnika istehsal planlarını açıqlayıb

2025-ci ildə Rusiya 57 ədəd yeni hərbi təyyarə, 250 ədəd tank, 1100 ədəd zirehli transportyor, 365 artilleriya sistemi və müxtəlif siniflərdən 2500 ədəd raket istehsal etməyi planlaşdırıb.

“Poliqon” xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəis müavini, general-mayor Vadim Skibitski “Ukrinform”a müsahibəsində bildirib.

“Bizim Rusiya Federasiyasının bu il yeni silah növlərinin planlaşdırılan istehsal göstəriciləri barədə aydın anlayışımız var. Məsələn, onlar 57 müasir təyyarə (Su-57, Su-35, Su-34 və Su-30) istehsal etməyi planlaşdırırlar. Bundan əlavə, demək olar ki, 250 yeni T-90M tankı istehsal olunacaq, bunlar modernləşdirilmiş deyil, tamamilə yeni tanklardır. İstehsala həmçinin təqribən 1100 yeni BMP-3 və BTR-82A zirehli transportyoru, eləcə də 365 yeni artilleriya sistemi daxildir. Bunların heç biri modernləşdirilmiş versiya deyil. Bundan əlavə, Rusiya Federasiyası tərəfindən istifadə olunan minlərlə silah və hərbi texnika təmir və modernləşdirmə yolu ilə bərpa olunacaq”, – deyə V.Skibitski vurğulayıb.

Onun sözlərinə görə, Rusiya pilotsuz sistemlərin, FPV dronların və raketlərin istehsalını da artırır: “2025-ci ildə Rusiya müxtəlif siniflərdən olan təxminən 2500 ədəd yüksək dəqiqlikli raket istehsal etməyi planlaşdırır. Bunlara “İsgəndər” sisteminin qanadlı və ballistik raketləri, hipersəs sürətli “Kinjal” raketləri və digər növlər daxildir. Rusiya istehsalı daha da artırmağı nəzərdə tutur. Bundan əlavə, biz pilotsuz uçuş aparatlarının istehsalında da əhəmiyyətli artım müşahidə edirik. Bu, əsasən “Geran”, “Garpiya” və FPV dronlarının istehsalında müşahidə olunur”.

Избранный
16
poliqon.az

1Источники