RU

Mbappe Anrini ötdü, zirvəyə yaxınlaşdı

Kilian Mbappe Fransa millisinin tarixində qol sayına görə 2-ci pilləyə yüksəlib.

Publika.az xəbər verir ki, DÇ-2026-nın seçmə mərhələsinin İslandiya ilə oyununda (2:1) "Real"ın hücumçusu 45-ci dəqiqədə fərqlənərək yığmadakı 52-ci qolunu vurub. Bununla da o, 51 qolu olan Tyerri Anrini geridə qoyub.

Fransa millisinin ən yaxşı bombardiri 57 qolla hazırda "Lill"də çıxış edən Olivye Jirudur.

Mbappe millidə debütünü 2017-ci ilin martında, 18 yaş 3 ay 5 günlük ikən edib. O, "xoruzlar"ın heyətində 92 oyuna çıxıb, 38 məhsuldar ötürmə də edib.

Избранный
34
publika.az

1Источники