RU

Pərvin Piriyevə vəzifə verildi

Azərbaycan Güləş Federasiyasında baş katib vəzifəsinə yeni təyinat olub.


Manset.az xəbər verir ki, bu barədə federasiyanın Mətbuat xidməti məlumat yayıb.

Sözügedən federasiyanın yeni baş katibi Pərvin Piriyev təyin edilib.

Qeyd edək ki, Azərbaycan Güləş Federasiyasının prezidenti iqtisadiyyat naziri Mikayıl Cabbarovdur.

Xatırladaq ki, Pərvin Piriyev Azərbaycan Qılıncoynatma Federasiyası və Azərbaycan Badminton Federasiyasında ictimaiyyətlə əlaqələr və marketinq sahəsində çalışıb. Sonrakı fəaliyyətində “Sabah” Futbol Klubunda əvvəlcə marketinq direktoru, daha sonra isə icraçı direktor kimi işləyib.

Избранный
32
2
manset.az

3Источники