RU

AFFA millini yerli, yoxsa xarici mütəxəssisə tapşıracaq? federasiya bununla bağlı qərar verdi

AFFA rəhbərliyi Azərbaycan millisinin yeni baş məşqçisi məsələsi ilə bağlı qərar verib.

Sportal.az saytına verilən məlumata görə, yığma komandamıza yerli mütəxəssis baş məşqçi təyin ediləcək. 

Belə ki, əvvəlki illərdə xarici mütəxəssislərin millimizə heç bir uğur qazandıra bilməməsində önə çıxaraq, AFFA rəhbərliyi bu cür addım atıb.

Hazırda millimizin baş məşqçi postuna əsas namizəd “Zirə”nin çalışdırıcısı Rəşad Sadıqovdur. Onunla yanaşı, Ayxan Abbasovun da namizədliyi var. Belə ki, Abbasovun rəhbərliyi altında millimiz DÇ-2026-nın seçmə mərhələsinin Ukrayna ilə görüşündə bərabərə(1:1) qalıb. Bu da AFFA-nı onun təyinatı ilə bağlı da düşündürməyə vadar edib. 

AFFA İcraiyyə Komitəsinin iclası oktyabra təyin edilsə də, millinin baş məşqçi məsələsinə görə sentyabrda baş tuta bilər.

saytlarin hazirlanmasi

Избранный
9
50
sportal.az

10Источники