RU

Qırğızıstanda şəhərin adının dəyişdirilməsinə 15 milyon xərclənəcək

BAKI, 10 sentyabr. TELEQRAF

Sentyabrın 10-da Qırğızıstan parlamentinin iclasında deputatlar Cəlalabad şəhərinin adının dəyişdirilərək Manas adlandırılması ilə bağlı qanun layihəsini qəbul edib.

Teleqraf xəbər verir ki, layihə üç oxunuşda dəstəklənib.

Şəhərin adının Manas adlandırılmasına təxminən 15 milyon som xərclənəcək və xərcləri dəyişikliyə təşəbbüs göstərən Cəlalabad Şəhər İcra Hakimiyyəti öz üzərinə götürəcək. Pullar bayraq dirəyindəki “Cəlalabad” qeydinin, şəhərdəki digər adlar və lövhələrin dəyişdirilməsi və digər işlərə sərf olunacaq. Bu işlər qanunun qəbulundan sonra altı ay ərzində başa çatdırılmalıdır.

Избранный
60
teleqraf.com

1Источники