RU

Bakıda tıxacı velosiped zolaqları yaradır? RƏSMİ

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

Son vaxtlar paytaxt yollarında hərəkətin tənzimlənməsi ilə bağlı müxtəlif layihələr həyata keçirilir. 

Bunlardan biri kimi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən yollarda miktomobillik zolaqları çəkilib. Ancaq bəzi vətəndaşların fikrincə, həmin zolaqlar bəzən tıxacların yaranmasına da səbəb olur. Burada əsas problem kimi velosiped yollarının bəzi ərazilərdə səkidə salınmaması göstərilir. 

Niyə velosiped zolaqları bəzi ərazilərdə səkidə, bəzi ərazilərdə isə yollardadır və velosiped zolağından istifadə hansı səviyyədədir? 

Məsələ ilə bağlı AYNA-dan “Cebheinfo.az”-a bildirilib ki, mikromobillik zolaqlarının tıxacların yaranmasına səbəb olması barədə deyilənlərin heç bir əsası yoxdur: 

“AYNA tərəfindən Bakıda mobilliyin transformasiyası proqramı çərçivəsində mikromobillik infrastrukturunun qurulması, inkişafı və təşviqi üzrə bir sıra layihələr icra edilir. Əhalinin mikromobillik vasitələrindən təhlükəsiz və əlverişli formada istifadəsi üçün mikromobillik zolaqları qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla layihələndirilir”. 

Bildirilir ki, bir çox Avropa şəhərlərində zolaqlar əsasən “pop-up” adlandırılan üsulla salınır:

“Layihələndirmə zamanı insanyönümlü müasir şəhərlərdə prioritet piyadalar olduğu üçün səkilərdə zolaqların salınması bir çox hallarda məqsədəuyğun deyil. Lakin Bakının əksər küçələrində zolaqlar salınanda avtomobillər üçün hərəkət zolaqlarının sayı dəyişdirilmir, onların eni standartlara uyğunlaşdırılmaqla əlavə mikromobillik zolağı təmin olunur. 

Statistikaya əsasən, bu tip zolaqlar salındıqca mikromobillik vasitələrinə olan maraq da artır. İnsanlar bu zolaqlarda özlərini daha təhlükəsiz hiss edir və mənzil başına zamanında çata biləcəkləri üçün bu tip nəqliyyat vasitələrindən daha çox istifadə etməyə üstünlük verirlər. 

Belə ki, artıq Bakı şəhərində mikromobillik vasitələrinə olan aylıq sifariş sayı yarım milyona yaxınlaşır. İl yarım müddət üçün bu, kifayət qədər yüksək rəqəmdir. Bu rəqəm yalnız kirayə xidmətindən istifadə edənlərə aiddir və nəzərə alsaq ki, şəxsi velosiped və skuterlərindən istifadə edənlər də var, demək, rəqəmlər daha yüksəkdir”. 

Nigar Abdullayeva 

“Cebheinfo.az”

Açar sözlər:

velosiped zolaqları AYNA

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
43
3
cebheinfo.az

4Источники