RU

Fransada kütləvi etiraz aksiyaları başlayır....


Fransa sosial mediada “Hər şeyi blokla” çağırışından sonra təlatümlü bir günə hazırlaşır. Çağırışın siyasi böhranın ortasında olan bir ölkədə ictimai narazılığı qiymətləndirmək üçün bir meyar kimi xidmət edəcəyi gözlənilir.

Kütləvi etirazlar hökumətin sosial-iqtisadi siyasətindən, o cümlədən qiymətlərin artması və həyat səviyyəsinin aşağı düşməsindən narazılığın güclənməsi ilə əlaqədardır. Ölkənin bir sıra böyük şəhərlərində vəziyyət gərgin olaraq qalır.

RT-nin məlumatına görə, Parisdə nümayişçilərdən ibarət qrup Millət meydanına toplaşıb, orada zibil qablarını yandırıb, hazırda 800-ə yaxın etirazçı paytaxtın dairəvi yolunu bağlayır.

Marselin mərkəzində bir neçə yüz insan küçələri zibil qutuları ilə bağlayır. Polis nümayişçiləri dağıtmaq üçün səs qumbaralarından istifadə edir.

Sentyabrın 10-da Paris, Lion, Tuluza, Nant və Renn şəhərlərində kütləvi etirazlar gözlənilir. Onlara hazırlıq bu ilin yayından sosial şəbəkələrdə müzakirə olunur.

ZÜMRÜD

Избранный
5
3
baki-xeber.com

4Источники