RU

6 il evdə qapalı vəziyyətdə saxlanılan qız xilas edildi

Braziliyanın Sorokaba şəhərində altı yaşlı bir qız, doğulduğu gündən etibarən bir otaqda saxlanılıb. Uşaq danışa bilməyib, heç vaxt bərk yemək yeməyib, məktəbə getməyib və tibbi yardım almayıb.


Manset.az-ın əldə etdiyi məlumata görə, o, çirkli və antisanitar şəraitdə yaşayıb. Qızın valideynləri, 45 yaşlı qadın və 54 yaşlı kişi həbs olunub.

Polis reyd keçirib və uşağı acınacaqlı vəziyyətdə tapıb. Qız dərhal xəstəxanaya aparılıb. Valideynlər baş verənləri izah edə bilməyib və müstəntiqlərə "bilmirəm" cavabını veriblər. Hazırda onlar zorla saxlama ittihamı ilə həbsdədir və istintaq davam edir.

Избранный
11
manset.az

1Источники