RU

Polşaya 23 rus dronu daxil olub — Varşava gərgin vəziyyətlə üz-üzə

 Polşaya 10 deyil, ən azı 23 Rusiya dronu daxil olub.

Musavat.com xəbər verir ki, bu barədə "Rzeczpospolita" qəzeti ölkə mənbələrinə istinadla məlumat yayıb.

Polşa Xarici İşlər Nazirliyi Rusiyanın müvəqqəti işlər vəkili Andrey Ordashi dəvət edib. O, Bakı vaxtı ilə saat 14:00-da nazirlikdə olacaq. Diplomat Varşavanın dronların rus mənşəli olduğu barədə bəyanatını əsassız adlandırıb: "Onların rus mənşəyi ilə bağlı heç bir sübut təqdim edilməyib".

Eyni zamanda, Polşa prezidenti Karol Navrotski hadisənin bütün təfərrüatlarını öyrənmək məqsədilə 48 saat ərzində Milli Təhlükəsizlik Şurasını çağıracağını açıqlayıb.

Musavat.com

Избранный
29
musavat.com

1Источники