Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-də senator Stiv Deyns və Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin sədri, konqresmen Brayan Mast ilə görüşüb.
Hurriyyet.az xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dəki səfirliyi məlumat yayıb.
Bildirilib ki, tərəflər Prezident İlham Əliyev və Prezident Donald Tramp arasında avqustun 8-də Vaşinqtonda keçirilmiş Sammitin strateji əhəmiyyətini və onun Azərbaycan–ABŞ münasibətləri, həmçinin regional sülh üçün müsbət nəticələrini vurğulayıblar.
“Cənab Hacıyev 907-ci düzəlişin ləğv edilməsinin vacibliyini qeyd edib və Azərbaycana səfər üçün dəvət ünvanlayıb”, - məlumatda deyilir.