RU

ŞAD XƏBƏR! Bu həssas qruplardan olan şəxslər üçün nəqliyyat pulsuz olacaq

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

"İctimai nəqliyyatda, xüsusilə də metrolarda gediş güzəştlərinin tətbiqi beynəlxalq təcrübədə də geniş yayılıb. Burada əsas diqqət həssas qruplara yönəldilir. Bu kateqoriyaya tələbələr, sosial yardıma ehtiyacı olan ailələr, sosial təminatlı təbəqələr daxildir".Bunu Demokrat.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib.O, bildirib ki, eyni zamanda, güzəştlər əlilliyi olan şəxslərə, görmə və ya hərəkət məhdudiyyətli insanlara, həmçinin digər həssas qruplara şamil edilir:"Bu addımın əsas məqsədi sosial təminatı zəif olan insanlara xidmət keyfiyyətinin artırılması və onların gündəlik həyatını asanlaşdırmaqdır".Onun sözlərinə görə, dünya praktikasında bu məsələyə xüsusi diqqət yetirilir:"Məsələn, Türkiyə, Rusiya və digər inkişaf etmiş ölkələrdə güzəşt mexanizmləri hüquqi əsaslarla tənzimlənir və tətbiqi dəqiq qaydalarla həyata keçirilir. Bu, həmin ölkələrdə sosial siyasətin mühüm istiqamətlərindən biridir".Ekspert bildirib ki, Azərbaycanda isə hazırda güzəştlər əsasən 5 yaşadək uşaqlara, məktəblilərə, polis işçilərinə, həmçinin metropolitenin daxili əməkdaşlarına şamil olunur:"Digər qruplar üçün isə bu məsələdə hələ tam mexanizm qurulmayıb. Yanaşma mərhələli şəkildə formalaşır və yaxın gələcəkdə daha geniş şəkildə tətbiq ediləcəyi gözlənilir".Qeyd edək ki, "Bakı Metropoliteni” QSC aylıq və birsəfərlik gediş haqqı kartlarının tətbiqini nəzərdən keçirir. Əfsanə Kamal

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
4
1
demokrat.az

2Источники