RU

Naxçıvanda vergi ödəyicilərinin sayı 7,7 faiz artıb

Naxçıvan, 10 sentyabr, AZƏRTAC

Cari ilin sentyabr ayının 1-nə Naxçıvan Muxtar Respublikası üzrə uçotda olan 52 min 865 vergi ödəyicisinin 94,7 faizi fiziki şəxslər, 5,3 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 7,7 faiz, o cümlədən fiziki şəxslərin sayı 9,2 faiz, hüquqi şəxslərin sayı isə 6,2 faiz artıb.

Qeydiyyatda olan kommersiya qurumlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,6 faiz artıb. 2025-ci ilin yanvar-avqust aylarında kommersiya qurumlarının 86,5 faizi elektron, 13,5 faizi kağız daşıyıcısı əsasında qeydiyyata alınıb.

Избранный
2
1
azertag.az

4Источники