ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xəbər verdiyimiz kimi, “Bakı Metropoliteni” QSC-də üztanıma texnologiyası ilə gedişhaqqı ödəniş sisteminin tətbiqinə dair danışıqlar aparılır.Qeyd edək ki, hazırda "Azərbaycan Dəmir Yolları" QSC ilə birgə üztanıma texnologiyasından istifadə edərək ödəniş sisteminin inteqrasiyasına başlanılıb.
MÖVZU İLƏ BAĞLI:Metroda gedişhaqqı ilə bağlı dəyişiklik ola bilər – Gözlənilən qərar…
Sərnişinlərə maraqlıdır ki, üz tanıma ilə ödəniş necə həyata keçiriləcək? "Azərbaycan Dəmir Yolları" QSC-nin Kommunikasiya departamentinin əməkdaşı Bəxtiyar Hacıyev Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, üz tanıma ilə ödəniş “SİMA Pay” vasitəsilə olacaq.“Hazırda turniketlərdən keçid zamanı “SİMA Pay” – üz tanıma ilə ödəniş sisteminin test işləri davam etdirilir. Məqsəd xüsusilə pik saatlarında turniketlərdə növbələrin, sıxlığın azaldılmasına, sərnişinlərin daha rahat keçidinə nail olmaqdır”.Bəxtiyar Hacıyev qeyd edib ki, test işləri bitdikdən sonra təfərrüatı ilə məlumat veriləcək.Nəzrin Mirzəyeva, Bizim.Media
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.