Məşhur müğənninin avtomobilində parçalanmış cəsəd tapılıb
Ajans.azxəbərverir ki,hadisə Los-AncelesinHollivudbölgəsində qeydə alınıb. Şahidlərin ətrafdan gələn kəskin çürük qoxusu ilə bağlı polisə məlumat verməsindən sonra, təxminən beş gün tərk edilmiş avtomobilin baqajı yoxlanılıb. Zibil torbasına bənzər bir kisədə olan insan qalıqlarının ciddi şəkildə parçalanmış olduğu bildirilib. Los-Anceles polisi avtomobilin Texas ştatına məxsus nömrə nişanı daşıdığını və D4vd səhnə adı ilə tanınan musiqiçi David Burke tərəfindən qeydiyyata alındığını təsdiqləyib. Müğənninin sözçüsü NBC Los Angeles kanalına verdiyi açıqlamada, D4vd-nin məlumatlandırıldığını və rəsmi istintaqla tam əməkdaşlıq etdiyini bildirib. Onun hal-hazırda dünya turnesi çərçivəsində səfərdə olduğu və çərşənbə axşamı Minneapolisdə konsertə çıxmağa hazırlaşdığı qeyd edilib. D4vd TikTok platformasında 3,6 milyon izləyicisi olan populyar ifaçıdır və son illərdə musiqi sahəsində böyük uğur qazanıb. Hadisə ictimaiyyətdə və sosial mediada ciddi narahatlığa səbəb olub. Hüquq-mühafizə orqanları hadisənin təfərrüatlarını araşdırmaqda davam edir. Hazırda cəsədin kimliyi və ölüm səbəbi müəyyənləşdirilməkdədir. Hadisə ilə bağlı rəsmi ittiham irəli sürülməyib.