Lənkəran Ağır Cinayətlər Məhkəməsi Füzuli şəhərində baş verən bıçaqlama və narkotik saxlama hadisəsi ilə bağlı cinayət işinə baxaraq hökm çıxarıb.
Məhkəmə 2007-ci il təvəllüdlü (yetkinlik yaşına çatmayan) Elnur Rəsulovu (ad və soyad şərtidir) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 234.1-ci (narkotik vasitələrin qanunsuz saxlanması) maddələri ilə təqsirli bilib. O, 126.1-ci maddə ilə 3 il, 234.1-ci maddə ilə 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilib, cinayətlərin məcmusu üzrə 3 il 4 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunub.
Yenisabah.az xəbər verir ki, hadisə 2025-ci ilin yanvar və mart aylarında Füzuli şəhərində baş verib. Yanvarın 23-də saat 22 radələrində "Qarabağ" internet klubunda Rəsulov və zərərçəkmiş Akif Məlikov (ad və soyad şərtidir) arasında mübahisə yaranıb. Mübahisə klubun kənarında davam edib, Toyuqlu pizza
Rəsulov üzərində saxladığı qatlanan bıçaqla Məlikovu qarın nahiyəsindən iki dəfə vurub. Zədələr qaraciyər, mədə və peritonu zədələyib, hemoperitoneum (qarın boşluğuna qan yığılması) ilə ağırlaşıb və həyat üçün təhlükəli hesab edilib.
Martın 26-da saat 03 radələrində polis əməkdaşları Rəhimovu şübhəli davranışa görə saxlayıb. Şəxsi axtarışda onun gödəkçə və şalvar cibindən 7.62 qram qurudulmuş marixuana (kibrit qutusunda 7.02q, iki bükümdə 0.06q və 0.54q) aşkar edilib.
Məhkəmə istintaqı zamanı Rəsulov 126.1-ci maddə ilə tam təqsirli bilib, lakin narkotik ittihamını qismən qəbul edib. O, bıçaqlamanın Məlikovun nalayiq ifadələri səbəbindən baş verdiyini, narkotikin isə Bakıda yerdən tapıldığını iddia edib, kibrit qutusundakı marixuananın polis tərəfindən qoyulduğunu bildirib.
Məhkəmə bu iddianı etibarsız hesab edib və polisin ifadələri, ekspertiza rəyləri (narkotik və tibbi) ilə təqsirini sübuta yetirib. Məlikov ifadəsində mübahisəni təsdiqləyib, lakin Rəsulovu bağışladığını bildirib.
Qeyd edək ki, məhkəmə hökmündə Rəsulovun yetkinlik yaşına çatmaması, peşmançılığı, barışıq və müsbət xarakteristika yüngülləşdirən hallar kimi qiymətləndirilib.
Telegram kanalımız